logo

Bu gün COVID-19 əleyhinə 86 doza vaksin vurulub

17:17 01-07-2023 | icon 5635
Bu gün COVID-19 əleyhinə 86 doza vaksin vurulub

İyulun 1-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 86 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 65, ikinci doza vaksinlərin sayı 6, üç və daha çox doza vaksinlərin sayı 12, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 3-dür.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 967 min 69, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 412 min 189, ikinci mərhələ üzrə 4 milyon 884 min 101, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 404 min 487, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 292-dir.