logo

Messi gələn ay ABŞ klubunda ictimaiyyətə təqdim olunacaq

15:30 25-06-2023 | icon 3409
Messi gələn ay ABŞ klubunda ictimaiyyətə təqdim olunacaq

Argentina millisinin futbolçusu Lionel Messi və İspaniya yığmasının sabiq üzvü Serxio Busketsin ABŞ-ın "İnter Mayami" klubunda təqdim olunacağı vaxt müəyyənləşib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, hər iki oyunçunun təqdimat mərasimi iyulun 16-da olacaq.

MLS təmsilçisi futbolçuların transferindən maksimum yararlanmağa hazırlaşır. Bu səbəbdən ev oyunlarını keçirdikləri stadionda oturacaqların sayının artırılması istiqamətində işlər aparılır.

Qeyd edək ki, Lionel Messi "İnter Mayami"yə Fransanın PSJ klubundan, Buskets isə İspaniya "Barselona"sından keçib.