Şəhriyar Məmmədyarovdan ŞOK açıqlamalar: "Utanıram, mənim kimi peşəkar oyunçunun sponsoru yoxdur"
Azərbaycanın məşhur şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ-ın Sent-Luis şəhərində keçirilən "Sinquefield Cup" turnirinin 8-ci turunda hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenlə heç-heçə oynadıqdan sonra özünün şəxsi “Facebook” səhifəsində maraqlı açıqlama ilə çıxış edib.
YeniAvropa xəbər verir ki, qrossmeyster sponsoru olmadığını, yarışlara öz şəxsi vəsaiti hesabına getdiyini bildirərək, artıq yorulduğunu vurğulayıb.
“Maqnus Karlsenlə 5 saatdan çox oyun oynadım və açığı, çətin mübarizə oldu. Debütdə böyük üstünlüyüm var idi. Sonda bir az pis vəziyyət aldım və rəqib 5 saat udmağa çalışdı. Buradan belə qərara gəldim ki, 40-45 gün sürən turnirlərə son qoyum. Gərək, az oynayıb, özümdə güc saxlayım”,-deyə o, şikayətlənib.
Hazırda FIDE reytinqində 3-cü pillədə qərarlaşan 33 yaşlı qrossmeyster qazanc məqsədi ilə çoxlu sayda oyun keçirmək məcburiyyətində qaldığını yazıb: “Əlbəttə, bu qədər ard-arda oynamaq biabırçılıqdır. Bu gün jurnalist sual verdi ki, nədir səni bu qədər oynamağa məcbur edən? Utandım “pul” deməyə. Deyə bilmədim ki, mənim kimi peşəkar oyunçunun sponsoru yoxdur. Bütün yarışlara öz hesabıma gəlirəm. Buradakı bütün insanların sponsoru var. Amma sabah yenə oyunum var və gərək hazırlaşam. Çox heyf, amma şahmat belə, məni bezdirir. Yorulmuşam. Sabah yenə oynamaq lazımdır. Arada fikirləşirəm - bu ölkədə məndən güclü nə qədər idmançı var ki, mənə bir sponsor tapılmadı? Azərbaycana sevgim sonsuzdur, amma heyf, mənim gücüm sonsuz deyil. Bir gün mən o Şəhriyar Məmmədyarov olmayacağam. Onda isə bu söhbətlər sadəcə, mənasız olacaq”.
Qeyd edək ki, "Sinquefield Cup" turnirində 8 turdan sonra 5 xal toplayan Fabiano Karuana liderdir. Rusiyalı Aleksandr Qrişuk, azərbaycanlı Şəhriyar Məmmədyarov, ermənistanlı Levon Aronyan və norveçli Maqnus Karlsen 2 - 5-ci yerləri bölüşür. Onların hər birinin aktivində 4,5 xal var. 6-7-ci yerləri hərəyə 4 xalla fransalı Maksim Vaşyö-Laqrav və hindistanlı Vişvanatan Anand tutur. Ardınca 3,5 xalla ABŞ təmsilçisi Uesli So və 3 xalla Hikaru Nakamura qərarlaşıb. Rusiyalı Sergey Karyakin isə 2,5 xalla sonuncudur. Avqustun 27-də başa çatacaq "Sinquefield Cup" turnirinin qalibi 75 min dollar qazanacaq. Ümumi mükafat fondu isə 300 min dollardır.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb