logo

Neftçalada yük maşını teplovozla toqquşub: ölən və yaralanan var

14:58 23-06-2023 | icon 7532
Neftçalada yük maşını teplovozla toqquşub: ölən və yaralanan var

Bu gün saat 12:50 radələrində "Azərbaycan Dəmir Yolları"(ADY) QSC-yə məxsus teplovoz Neftçala rayonu ərazisində Qırmızıkənd-Daykənd mənzilində hərəkətdə olarkən 99-ZU-832 dövlət nömrə nişanlı “Shacman” markalı yük maşını qorunmayan dəmir yolu keçidində qəfil qatarın qarşısına çıxıb.

YeniAvropa xəbər verir ki, bu barədə  ADY mətbuat xidməti məlumat yayıb.

"Təəssüflə qeyd edirik ki, maşinist təcili tormozlama aparsa da, toqquşma qaçılmaz olub və yük maşınının sürücüsü, İmişli rayonu Qaradonlu kənd sakini Vüsal Rüstəm oğlu Fəxrətov həlak olub. Hadisənin baş vermə səbəbləri aidiyyəti üzrə araşdırılır", - qurumdan bildirilib.

Qeyd edək ki, hadisə nəticəsində  yük maşınında olan Salyan rayon sakini, 1969-cu il təvəllüdlü İbadov İbad İnqilab oğlu isə xəsarət alıb. O, Neftçala rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.