logo

Avropa çempionatı:Bu gün daha 7 cüdoçumuz mübarizəyə qoşulur

13:03 23-06-2023 | icon 2793
Avropa çempionatı:Bu gün daha 7 cüdoçumuz mübarizəyə qoşulur

Avropa çempionatının ikinci günündə 7 cüdoçumuz mübarizəyə başlayacaq.

YeniAvropa xəbər verir ki, Portuqaliyanın Odivelas şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatının ikinci günündə 7 cüdoçumuz medallar uğrunda mübarizə aparacaq.

Oğlanlar arasında -66 kq çəkidə Əbil Yusubov və Mehdi Cəfərov, -73 kq çəkidə Süleyman Şükürov, qızlar arasında isə -52 kq çəkidə Xədicə Qədəşova və Aytən Verdiyeva, -57 kq çəkidə Fidan Qasımova, -63 kq çəkidə Kamilla Toholiyeva tatamiyə çıxacaq.

Çempionatın final görüşləri saat 20:00-da başlayacaq.