logo

 “Qarabağ” – “Neftçi” qarşılaşması heç-heçə başa çatıb

23:17 26-08-2018 | icon 3003
 “Qarabağ” – “Neftçi” qarşılaşması heç-heçə başa çatıb

Avqustun 26-da Topaz Premyer Liqasının üçüncü turuna yekun vurulub.

YeniAvropa xəbər verir  ki,  turun mərkəzi qarşılaşması “Azərsun Arena”da keçirilib. Son çempion “Qarabağ” ölkə futbolunun flaqmanı “Neftçi”ni sınağa çəkib. Oyunun favoriti sayılan ağdamlılar oyuna hücumlarla başlayıblar. Buna baxmayaraq, hesabı açan tərəf “Neftçi” olub. Flaqmanın qanalı hücumçusu Kvame Karikari adını tabloya yazdırıb - 0:1. Birinci hissə bu hesabla başa çatıb.

Gərgin idman mübarizəsi şəraitində keçən ikinci hissədə Qurban Qurbanovun yetirmələri hesabı bərabərləşdirməyə nail olublar. Filip Ozobiçin ötürməsindən sonra İnnosent Emeqara qapıçı ilə təkbətək çıxıb və topu qapıdan keçirib - 1:1.

Bundan sonra qapılara qol vurulmayıb və tərəflər 1 xalla kifayətlənməli olublar.

Beləliklə, üç turdan sonra aktivində 7 xal olan “Neftçi” klubu turnir cədvəlinə başçılıq edir. Çempionatın debütantı “Sabah” 6 xalla ikinci pillədədir. Hərəyə dörd xalı olan “Qəbələ”, “Sumqayıt” və Ağdamın “Qarabağ” klubu 4-6-cı yerləri bölüşürlər.

Qeyd edək ki, Topaz Premyer Liqasının dördüncü turunda sentyabrın 15-də “Sumqayıt” – “Qarabağ”, “Səbail” – “Zirə” və sentyabrın 16-da “Neftçi” – “Keşlə”, “Sabah” – “Qəbələ” oyunları keçiriləcək.