logo

Yunan-Roma güləşçimiz İstanbulda gümüş medal qazanıb

21:11 21-06-2023 | icon 2667
Yunan-Roma güləşçimiz İstanbulda gümüş medal qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Murad Əhmədiyev Türkiyənin İstanbul şəhərində keçirilən Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turnirində medal qazanıb.

YeniAvropa xəbər verir ki, 97 kq-da çıxış edən idmançı ənənəvi yarışın ilk günündə xalça üzərinə çıxıb. Yalnız finalda uduzan güləşçi ikinci yeri tutub.

Qeyd edək ki, iyunun 22-də Azərbaycan millisinin daha 5 üzvü mübarizə aparacaq.