Özbəkistanda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Özbəkistanın paytaxtı Daşkənddə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un 30 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edir. Səfər çərçivəsində Adil Kərimli ilə Özbəkistan Respublikasının mədəniyyət və turizm naziri Azadbek Nazarbekov arasında görüş keçirilib.
Mədəniyyət Nazirliyindən YeniAvropa-ya ki, TÜRKSOY-un 30 illik yubileyi münasibətilə keçirilən tədbirlərə dəvətə görə təşəkkürünü bildirən Adil Kərimli iki qardaş ölkə arasında mədəni əlaqələrin daha da sıxlaşmasında, iki xalqın zəngin mədəniyyətlərinin təbliğində hər iki nazirliyin əməkdaşlığını yüksək qiymətləndirib.
Nazir deyib ki, Azərbaycan və Özbəkistan, iki dost-qardaş ölkə arasında əlaqələr ən müxtəlif istiqamətlərdə inkişaf etmək üzrədir. Mədəniyyət sahəsində də əməkdaşlığın əsaslı təməli qoyulmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi və tapşırıqları əsasında bütün sahələrdə olan intensiv inkişaf dinamikası mədəniyyət sahəsindəki əməkdaşlığımıza da öz güclü təsirini göstərməkdədir. Ölkə rəhbəri tərəfindən bu sahəyə xüsusi önəm və diqqət verilir.
Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərinin 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibətilə təşkil olunan tədbirlərdə Özbəkistanın mədəniyyət və turizm naziri Azadbek Nazarbekovun iştirakını da məmnunluqla xatırlayan Adil Kərimli iki ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsi baxımından qarşılıqlı səfərlərin, ortaq layihələrin önəmini vurğulayıb, bundan sonra daha sıx şəkildə əməkdaşlığın vacibliyini qeyd edib.
Özbəkistanın mədəniyyət və turizm naziri Azadbek Nazarbekov da öz növbəsində qardaş ölkə olan Azərbaycanla, bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də daha sıx əlaqələrin qurulmasının əhəmiyyətindən söz açaraq Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iki ölkə arasında münasibətlərə xüsusi diqqət ayırdığını vurğulayıb. Birgə əməkdaşlıq çərçivəsində mədəniyyət layihələrinin həyata keçirilməsini təklif edən nazir azərbaycanlı həmkarını önümüzdəki aylarda Özbəkistanda təşkil olunacaq beynəlxalq festivallara dəvət edib və özünün də hər zaman Azərbaycana səfər etməyə hazır olduğunu bildirib.
Görüşdə cari ilin iyul ayında Azərbaycanda Özbəkistan Mədəniyyət Günlərinin, oktyabr ayında isə Özbəkistanda Azərbaycan Mədəniyyət Günlərinin təşkili, beynəlxalq muğam müsabiqəsi, “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində nəzərdə tutulan tədbirlər və layihələr, ortaq mədəni mirasımızın təbliği və mühafizəsi kimi məsələlər barədə fikir mübadiləsi aparılıb.
Avropa Komissiyası Gürcüstana xəbərdarlıq etdi
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb
Əfv Komissiyasının bu günə planlaşdırılan iclası təxirə salınıb
Parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verildi
"Bakcell" çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi
Xəbərdarlıq:Şimşək çaxacaq,dolu düşəcək,temperatur 8° aşağı enəcək
Noyabrda parlament seçkiləri olmalıdır-Məzahir Pənahov
Milli Məclisdə boş qalan deputat yerlərinin sayı 10-a çatıb
Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib
II Dünya müharibəsində iştirak etmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək
Norveçli səyyahlar Şuşaya səfər ediblər
NATO-nun baş katibi Ukrayna üçün 100 milyard toplamağı təklif edir
Sabah Bakıda arabir yağış yağacaq,22° isti olacaq
Özbəkistan prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib
Bakıda Azərbaycan-Ukrayna əməkdaşlığı müzakirə olunub
İlham Əliyev Rusiyanın Federasiya Şurasının sədr müavinini qəbul edib
Antalya 2 milyondan artıq turistlə yeni rekorda imza atıb
Samir Şərifov Tbilisidə Asiya İnkişaf Bankının illik toplantısında iştirak edir
AQTA Sabirabadda nöqsanlı pendir sexini bağlatdırıb
Konfrans Liqası 1/2 final:Bu gün “Aston Villa” “Olimpiakos”u, “Fiorentina” isə “Brügge” qəbul edir
UEFA Avropa Liqasının yarımfinalı: “Roma”-“Bayer”, “Marsel”-“Atalanta”
Dini liderlərin Qarabağa səfəri başlayıb
İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
Bakıda İƏT ölkələrinin turizm operatorlarının forumu keçirilir