logo

Rusiya Kiyevə 30 kamikadze dronlarla hücum edib

10:10 20-06-2023 | icon 1547
Rusiya Kiyevə 30 kamikadze dronlarla hücum edib

Rusiya silahlı qüvvələri iyunun 20-nə keçən gecə paytaxt Kiyevə kamikadze dronlarla kütləvi hücum edib.

YeniAvropa xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yaydığı məlumata görə, hava hücumundan müdafiə qüvvələri 30 "Şahed” dronundan 28-i məhv edilib, onlardan 20-yə qədəri Kiyev vilayətində vurulub.

Kiyev şəhər hərbi administrasiyasının məlumatına əsasən pilotsuz təyyarələr müxtəlif istiqamətlərdən paytaxt səmasına daxil olub. "Kiyev ətrafındakı hava məkanında hava hücumundan müdafiəmizin qüvvə və vasitələri ilə təxminən iyirmiyə yaxın düşmən hədəfi aşkarlanaraq məhv edilib. Hələlik tələfat və dağıntılar barədə məlumat yoxdur”, - deyə administrasiyadan bildirilib.

Rusların mülki və kənd təsərrüfatı infrastrukturuna hücum etdiyi Zaporojyedə də partlayış səsləri eşidilib. Lvovda isə kritik infrastruktur obyekti düşmən zərbəsinə məruz qalıb.