logo

Məktəblilərimiz beynəlxalq olimpiadadan 4 medalla dönürlər

15:55 19-06-2023 | icon 5698
Məktəblilərimiz beynəlxalq olimpiadadan 4 medalla dönürlər

Özbəkistanın Xivə şəhərində keçirilən Əl-Biruni adına I Beynəlxalq Kimya Olimpiadasında 4 məktəbli ilə təmsil olunan komandamız uğurla çıxış edərək 4 bürünc medal qazanıb.

Təhsil İnstitutundan YeniAvropa-ya bildirilib ki, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin X və XI sinif şagirdləri Nihad Hacızadə və Dəniz Səttarlı, Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Həmid Xəlilov, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Selcan Şəfizadə ölkəmizə qalib olaraq geri qayıdıblar.

Qeyd edək ki, olimpiadada 3 qitənin 16 ölkəsindən məktəblilər iştirak ediblər.