logo

Prokurorluq Astarada fəhlənin ölüm faktını araşdırır

15:30 19-06-2023 | icon 8092
Prokurorluq Astarada fəhlənin ölüm faktını araşdırır

İyunun 16-da saat 09 radələrində 1961-ci il təvəllüdlü Firudin Zeynalov Astara rayonunun Pensər kəndindəki mağazalardan birinin həyətində diskli kəsici alətlə (laqonda) işləyərkən val yerindən çıxaraq sifət nahiyəsini kəsib və nəticəsində aldığı xəsarətlərdən ölüb.

YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.