logo

Sabah 28 minə yaxın müəllim sertifikatlaşma imtahanı verəcək

14:34 19-06-2023 | icon 5523
Sabah 28 minə yaxın müəllim sertifikatlaşma imtahanı verəcək

Sabah 28 minə yaxın müəllim sertifikatlaşma imtahanı verəcək.

 YeniAvropa xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, imtahan verəcək müəllimlərdən 8 min 500-ə yaxını Azərbaycan dili və ədəbiyyat, 19 min 500 nəfəri isə ibtidai sinif müəllimləridir.

“İmtahandan keçən müəllimlər üçün müsahibə mərhələsinin avqust ayında keçirilməsi nəzərdə tutulur. 5 min 700-dən çox müəllimin yaşı 60-dan çox olduğuna görə onların imtahana dəvəti geri götürülüb”, - deyə Rüfət Əzizov bildirib.