logo

Rusiya Kiyevi "Kalibr" və "Kinjal" raketləri ilə bombaladı

15:30 16-06-2023 | icon 2247
Rusiya Kiyevi "Kalibr" və "Kinjal" raketləri ilə bombaladı

Rusiya ordusunun Kiyevə güclü hücumu zamanı Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri 12 raketi - 6 "Kalibr" və 6 "Kinjal" raketlərini vurub. Bundan əlavə, Rusiyaya məxsus iki PUA "endirilib".

YeniAvropa xəbər verir ki, bu barədə  Ukrayna Hava Qüvvələri Komandanlığının spikeri, polkovnik Yuri İqnatın telemarafon zamanı səsləndirdiyi bəyanata istinadla xəbər verir.

"Təxminən 10 saat ərzində müxtəlif növ raketlərlə hücum olunub. İlkin məlumatlara görə, Qara dənizdəki gəmilərdən atılan 6 "Kalibr" raketi, həmçinin 6 "Kinjal" raketi uğurla vurulub. Yenidən aeroballistik raketlər ilk növbədə paytaxta hücum edib", - deyə o, bildirib.