logo

Livan parlamenti 12-ci dəfə dövlət başçısını seçə bilmədi

14:14 14-06-2023 | icon 2583
Livan parlamenti 12-ci dəfə dövlət başçısını seçə bilmədi

Livanın birpalatalı parlamentinin deputatları 12-ci cəhddə də respublika prezidentini seçə bilməyiblər.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, “Əl-Hadas” telekanalının yaydığı məlumata görə, 2005-2008-ci illərdə maliyyə naziri olmuş Cihad Azur və “Əl-Marada” xristian partiyasının lideri, sabiq daxili işlər naziri Süleyman Toni Franjye seçkilərin bu gün keçirilən birinci turda lazımi miqdarda səs toplaya bilməyiblər.

Livan konstitusiyasına əsasən, prezident parlament üzvlərinin ən azı üçdə ikisinin səsi ilə seçilir. Dövlət başçısı postuna namizəd növbəti tura keçdiyi halda, deputatların 50 faizdən çoxunun dəstəyini qazanmalıdır.

Ölkə birinci dəfə deyil ki, bu cür siyasi böhranla üzləşir. Sonuncu dəfə Livan iki ildən çox - 2014-cü ilin mayından 2016-cı ilin oktyabrınadək lidersiz qalmışdı. Parlament dövlət başçısını yalnız 45-dən çox iclas keçirdikdən sonra seçə bilmişdi.