logo

Paşinyan artıq öz komanda üzvlərinə də güvənmir

11:01 14-06-2023 | icon 6027
Paşinyan artıq öz komanda üzvlərinə də güvənmir

Ermənistanın baş naziri Nikol Paşinyan artıq öz komanda üzvlərinə də güvənmir.

YeniAvropa xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” qəzeti yazıb.

Bildirilib ki, N.Paşinyanın təhlükəsizlik xidmətinin əməkdaşları görüşlərdən əvvəl hakim “Mülki Müqavilə” partiyasının deputatlarının telefonlarını və ağıllı saatlarını yığırlar.

Deputat Ovik Ağazaryan bu məlumatı təsdiqləyib.

O. Ağazaryan iddia edib ki, guya bu, parlamentarilərin diqqətinin yayınmaması üçündür.

Öz növbəsində “Hraparak” qəzeti yazır ki, iyunun 10-da N.Paşinyan müdafiə naziri Suren Papikyanın oğlu Arşak Orduxanyanın toyunda iştirak edib. Baş nazirin gəlişindən əvvəl təhlükəsizlik işçiləri təxminən 900 qonağı metal detektorları ilə yoxlayıb.

Nəşrlər iddia edir ki, bunlar N.Paşinyanın təhlükəsizlik qayğılarından xəbər verir.