Azərbaycan Beynəlxalq Animasiya Film Festivalında təmsil olunur
Azərbaycanın animasiya müəllifləri dünyanın ən böyük və ən qədim animasiya festivalı olan Fransanın Annecy Beynəlxalq Animasiya Film Festivalında təmsil olunur.
YeniAvropa xəbər verir ki, bu barədə festivalın təşkilat komitəsindən bildirilib. Qeyd edilib ki,bu il festivalda 103 ölkədən 15 mindən çox tamaşaçı iştirak edir.
İyunun 17-dək davam edəcək festivalda “Hədis” qısametrajlı animasiya filminin dünya premyerası keçiriləcək. “Hədis” qısametrajlı animasiya filmi 2022-ci ilin sentyabrın 21-də İranda etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilmiş 22 yaşlı Azərbaycan türkü Hədis Nəcəfiyə həsr olunub, İranda gender, etnik və mədəni ayrıseçkiliklə mübarizə aparanlara ithaf olunub. Hədis hazırda İranda Azərbaycan müqavimətinin və etnik mübarizənin simvolu kimi də hörmətlə qarşılanır.
“Hədis” 112 ölkə üzrə 3250 film arasından seçilib. Qısametrajlı kateqoriyada yarışa cəmi 71 film layiq görülüb. Annecy müsabiqəsinə daxil edilmək Azərbaycan kino sənayesi üçün mühüm nailiyyətdir.
Rejissoru Nəzrin Ağamalıyeva, prodüseri Rəşid Ağamalıyev olan “Hədis” simvolik olaraq qarğaların hökm sürdüyü ədalətsiz dünyada haqq-ədalət uğrunda mübarizə aparan gənc qız haqqındadır.
“ANİMAFİLM Studio” animasiya studiyasının istehsal etdiyi “Hədis” filmi “Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Mərkəzi”nin maliyyə və ideya dəstəyilə çəkilib. Azərbaycan Animasiya Assosiasiyası, “Əkinçi” platforması və “Skwigly” online animasiya jurnalı filmə media dəstəyi verib.
Annecy festivalında gənc animasiya rejissoru Ülviyyə Məmmədova da iştirak edir. Onun festivalda iştirakı 5-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının “Ağ qorxu” filmi ilə "Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi" mükafatını qazanması sayəsində mümkün olub. Qeyd edək ki, həmin mükafatın sponsorları Azərbaycandakı Fransız İnstitutu (IFA), Fransanın Azərbaycandakı səfirliyi və Annecy festivalıdır.
Qeyd edək ki, növbəti – VI ANİMAFİLM festivalı sentyabrın 6-dan 10-dək Bakıda keçiriləcək. Festivalın mövzusu “Qadın haqları” olacaq. Festivalın təşkilat komitəsi animasiya peşəkarlarını və studiyaları müsabiqə proqramında iştirak etməyə dəvət edir. Müraciətlər üçün ən son tarix 2023-cü ilin iyulun 1-dir. Əsərlər yerli və beynəlxalq kateqorıyalar üzrə qəbul olunur. Qaliblər üçün mükafatlar nəzərdə tutulub.
Avropa Komissiyası Gürcüstana xəbərdarlıq etdi
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb
Əfv Komissiyasının bu günə planlaşdırılan iclası təxirə salınıb
Parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verildi
"Bakcell" çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi
Xəbərdarlıq:Şimşək çaxacaq,dolu düşəcək,temperatur 8° aşağı enəcək
Noyabrda parlament seçkiləri olmalıdır-Məzahir Pənahov
Milli Məclisdə boş qalan deputat yerlərinin sayı 10-a çatıb
Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib
II Dünya müharibəsində iştirak etmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək
Norveçli səyyahlar Şuşaya səfər ediblər
NATO-nun baş katibi Ukrayna üçün 100 milyard toplamağı təklif edir
Sabah Bakıda arabir yağış yağacaq,22° isti olacaq
Özbəkistan prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib
Bakıda Azərbaycan-Ukrayna əməkdaşlığı müzakirə olunub
İlham Əliyev Rusiyanın Federasiya Şurasının sədr müavinini qəbul edib
Antalya 2 milyondan artıq turistlə yeni rekorda imza atıb
Samir Şərifov Tbilisidə Asiya İnkişaf Bankının illik toplantısında iştirak edir
AQTA Sabirabadda nöqsanlı pendir sexini bağlatdırıb
Konfrans Liqası 1/2 final:Bu gün “Aston Villa” “Olimpiakos”u, “Fiorentina” isə “Brügge” qəbul edir
UEFA Avropa Liqasının yarımfinalı: “Roma”-“Bayer”, “Marsel”-“Atalanta”
Dini liderlərin Qarabağa səfəri başlayıb
İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
Bakıda İƏT ölkələrinin turizm operatorlarının forumu keçirilir