Prezident İlham Əliyev mayın 25-də Elmira Axundovanın ordenlə təltif edilməsi haqda sərəncam imzalayıb.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərəncamda deyilir: "Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Elmira Hüseyn qızı Axundova 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin".
Xatırladaq ki, prezident İlham Əliyev mayın 23-də Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM yanında daimi nümayəndəsinin vəzifələrindən geri çağırılması haqqında sərəncam imzalayıb.