logo

Türkiyədə prezident seçkiləri ikinci tura qaldı

10:50 15-05-2023 | icon 2835
Türkiyədə prezident seçkiləri ikinci tura qaldı

Türkiyədə keçirilən prezident seçkilərində səslərin sayılması prosesi başa çatıb. YSK-nın açıqlamasına görə Rəcəb Tayyib Ərdoğan 49,35 faiz, Kemal Kılıçdaroğlu 45, 01 faiz səs toplayıb.

YeniAvropa "TRT" telekanalına istinadla xəbər verir ki, sağçı ATA ittifaqının namizədi Sinan Oğan 5,22 faiz səs qazanıb. Seçici fəallığı Türkiyə üçün rekord - 88,84 faiz təşkil edib. MSK-nın məlumatına görə, namizədlərə verilmiş 53,9 milyon səsdən bir milyondan çoxu etibarsız sayılıb.

Səslərin 99,9 faizi sayıldıqdan sonra Ədalət və İnkişaf Partiyasının başçılıq etdiyi Cumhur İttifaqı parlament seçkilərində üstünlük qazanaraq 600 mandatdan 321-nə yiyələnib. Millət ittifaqı parlamentdə 266 yerə sahib olub.

Prezident seçkilərinin mayın 28-nə təyin olunmuş ikinci turunda qalib sadə səs çoxluğu ilə müəyyən ediləcək. Analitiklər hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın şanslarını yüksək qiymətləndirir.