logo

Bu gün 935 doza vaksin vurulub

20:30 02-05-2023 | icon 3850
Bu gün 935 doza vaksin vurulub

Mayın 2-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 935 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 99, ikinci doza vaksinlərin sayı 656, üç və daha çox doza vaksinlərin sayı 170, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 10-dur.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 961 min 812, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 410 min 796, ikinci mərhələ üzrə 4 milyon 881 min 902, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 402 min 949, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 165-dir.