Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 28 yoluxma faktı qeydə alınıb, 19 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 831 min 414 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 820 min 892 nəfər müalicə olunaraq sağalıb, 10 min 245 nəfər vəfat edib. Aktiv xəstə sayı 277 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1237, bu günə qədər isə ümumilikdə 7 milyon 592 min 173 test icra olunub.