logo

Bu gün cəmi 3 doza vaksin vurulub

19:21 01-05-2023 | icon 3269
Bu gün cəmi 3 doza vaksin vurulub

Mayın 1-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 3 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində ikinci doza vaksinlərin sayı 3 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 960 min 877, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 410 min 697, ikinci mərhələ üzrə 4 milyon 881 min 246, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 402 min 779, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 155-dir.