logo

Azərbaycanda daha 6 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

18:16 01-05-2023 | icon 3297
Azərbaycanda daha 6 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 6 yoluxma faktı qeydə alınıb, 6 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 831 min 386 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 820 min 873 nəfər müalicə olunaraq sağalıb, 10 min 242 nəfər vəfat edib. Aktiv xəstə sayı 271 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 679, bu günə qədər isə ümumilikdə 7 milyon 590 min 936 test icra olunub.