logo

Mayın 1-dən ibtidai siniflər 7 günlük tətilə çıxacaq

10:50 27-04-2023 | icon 4648
Mayın 1-dən ibtidai siniflər 7 günlük tətilə çıxacaq

Mayın 1-dən etibarən ölkənin orta məktəblərində ibtidai siniflər üzrə 5 günlük əlavə yaz tətili başlayır.

YeniAvropa xəbər verir ki, tətil mayın 5-dək davam edəcək.

Mayın 6-sı şənbə, mayın 7-si isə bazar gününə təsadüf etdiyindən ibtidailər ardıcıl 7 gün evdə olacaqlar. İbtidai siniflər üçün mayın 8-i dərs günüdür.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.