logo

Nazir 1970-80-ci illəri Azərbaycan təhsilinin qızıl dövrü adlandırıb

11:33 26-04-2023 | icon 4739
Nazir 1970-80-ci illəri Azərbaycan təhsilinin qızıl dövrü adlandırıb

Azərbaycanda 1970-80-ci illəri təhsil sahəsinin qızıl dövrü adlandırmaq olar.

YeniAvropa xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan "Müstəqil Azərbaycanın memarı" adlı beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, həmin müddətdə ölkədə xeyli sayda məktəb tikilib.

“Bu tendensiya növbəti illərdə də davam etdirilib. Ali təhsillilərin sayının artırılması vacib amillərdən olub. Əgər həmin müddətdə ali məktəbdə oxuyan şəxslərin sayı 100 min idisə, hazırda bu rəqəm 220 mindir”,-deyə nazir sözlərinə əlavə edib.