logo

Bu gün 8 doza vaksin vurulub

18:18 21-04-2023 | icon 4396
Bu gün 8 doza vaksin vurulub

Aprelin 21-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 8 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 7, ikinci doza vaksinlərin sayı 1, üç və daha çox doza vaksinlər, eləcə də pozitiv nəticədən sonra “buster” doza vaksinlər olmayıb.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 958 min 962, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 409 min 753, ikinci mərhələ üzrə 4 milyon 880 min 516, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 402 min 597, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 96-dır.