logo

Bu gün 180 doza vaksin vurulub

18:18 19-04-2023 | icon 4522
Bu gün 180 doza vaksin vurulub

Aprelin 19-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 180 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 70, ikinci doza vaksinlərin sayı 62, üç və daha çox doza vaksinlərin sayı 31, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 17-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 958 min 814, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 409 min 657, ikinci mərhələ üzrə 4 milyon 880 min 503, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 402 min 566, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 88-dir.