logo

Azərbaycanda daha 75 nəfər koronavirusa yoluxub

18:08 19-04-2023 | icon 4207
Azərbaycanda daha 75 nəfər koronavirusa yoluxub

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 75 yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 830 min 993 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 820 min 317 nəfər müalicə olunaraq sağalıb, 10 min 217 nəfər vəfat edib. Aktiv xəstə sayı 459 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1561, bu günə qədər isə ümumilikdə 7 milyon 579 min 826 test icra olunub.