logo

Azərbaycanda daha 88 nəfər koronavirusa yoluxub,3 nəfər ölüb

22:12 13-04-2023 | icon 3332
Azərbaycanda daha 88 nəfər koronavirusa yoluxub,3 nəfər ölüb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 88 yoluxma faktı qeydə alınıb, 76 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 830 min 619 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 819 min 927 nəfər müalicə olunaraq sağalıb, 10 min 202 nəfər vəfat edib. Aktiv xəstə sayı 490 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1298, bu günə qədər isə ümumilikdə 7 milyon 573 min 368 test icra olunub.