“GQ” dərgisi Türkiyəni təmsil edən Azərbaycan əsilli idmançı Ramil Quliyevi “İlin idmançısı” seçib. YeniAvropa xəbər verir ki, bu barədə “GQ” jurnalı sosial şəbəkələrdəki rəsmi hesablarında məlumat yerləşdirib.
Məlumatda bildirilir ki, Ramil Quliyev Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatında 200 metr məsafəyə qaçışda 20,09 saniyə nəticə ilə qızıl medal qazanıb. R. Quliyev Türkiyəyə Dünya Atletika Çempionatlarında ilk qızıl medalı gətirən idmançı kimi tarixə düşüb.
Qeyd edək ki, keçən il eyni ada Türkiyə futbol üzrə milli komandasının kapitanı Arda Turan layiq görülmüşdü. (Baku.ws)