logo

Bu gün 388 doza vaksin vurulub

18:18 05-04-2023 | icon 3605
Bu gün 388 doza vaksin vurulub

Aprelin 5-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 388 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 262, ikinci doza vaksinlərin sayı 47, üç və daha çox doza vaksinlərin sayı 65, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 14-dür.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 956 min 804, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 408 min 496, ikinci mərhələ üzrə 4 milyon 880 min 137, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 402 min 171, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 mindir.