logo

Donald Tramp 33 maddə üzrə ittiham olunur

10:50 04-04-2023 | icon 1358
Donald Tramp 33 maddə üzrə ittiham olunur

Nyu-York məhkəməsi ABŞ-nin sabiq prezidenti Donald Trampa qarşı 33 maddə üzrə ittiham irəli sürəcək.

YeniAvropa xəbər verir ki, bu barədə Donald Tramp özünə məxsus “Truth Social” sosial şəbəkəsində yazıb. Onun sözlərinə görə, “dairə prokuroru Elvin Breqq 33 ittiham maddəsi barədə informasiyanın sızmasına yol verib”. Sabiq prezident əvvəlki kimi günahsız olduğunu bildirib və dairə prokurorunu istefa verməyə çağırıb.

Prokurorun icazəsi olarsa, detallarının yer aldığı sənəd ittihamın elan olunması ilə eyni vaxtda dərc ediləcək. Hələlik Donald Trampın ittiham maddələrinin dəqiq sayı və ağırlıq dərəcəsi məlum deyil.

Qeyd edək ki, bu gün ABŞ-nin sabiq prezidenti maliyyə sənədlərini saxtalaşdırdığı barədə ittihamın irəli sürüldüyü Nyu-York məhkəməsi qarşısına çıxmalıdır. Tramp Birləşmiş Ştatlar tarixində cinayət ittihamı irəli sürüləcək ilk sabiq prezident ola bilər. Konstitusiyaya görə, bu, onun seçkilərdə iştirakına maneə törətmir.