logo

 “Qarabağ”  UEFA Avropa Liqasının play-off mərhələsində  “Şerif”lə qarşılaşacaq 

12:21 17-08-2018 | icon 2996
 “Qarabağ”  UEFA Avropa Liqasının play-off mərhələsində  “Şerif”lə qarşılaşacaq 

UEFA Avropa Liqasının play-off mərhələsində qarşılaşacaq bütün cütlüklər müəyyənləşib.

YeniAvropa xəbər verir  ki, turnirin play-off mərhələsində 21 görüş oynanılacaq. Qarşılaşmalardan səkkizi UEFA Çempionlar Liqasında uduzaraq mübarizəni bu turnirdə davam etdirən klublar arasında keçiriləcək. Digər 13 oyun isə mübarizəyə UEFA Avropa Liqasında başlayan komandalar arasında olacaq.

UEFA Çempionlar Liqasında Belarusun BATE kollektivinə uduzan Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasının play-off mərhələsində Moldovanın “Şerif” klubu ilə qarşılaşacaq. Ağdam təmsilçisi “Şerif”i mübarizədən kənarlaşdırsa, qrup mərhələsinə vəsiqə qazanacaq.

Play-off mərhələsinin digər cütlükləri aşağıdakılardır:

“Olimpiya” (Sloveniya) – “Spartak” (Trnava, Slovakiya);

APOEL (Kipr) – “Astana” (Qazaxıstan);

“Rusenborq” (Norveç) – “Şkendiya” (Albaniya);

“Düdelanj” (Lüksemburq) – “ÇFR Kluj” (Rumıniya);

“Suduva” (Litva) – “Seltik” (Şotlandiya);

“Malmö” (İsveç) – “Midtyulland” (Danimarka)

“Torpedo” (Kutaisi, Gürcüstan) – “Ludoqorets” (Bolqarıstan);

“Siqma” (Çexiya) – “Sevilya” (İspaniya);

“Sarpsborq” (Norveç) – “Makkabi” (Təl-Əviv, İsrail);

“Gent” (Belçika) – “Bordo” (Fransa);

“Partizan” (Serbiya) – “Beşiktaş” (Türkiyə);

“Rapid” (Vyana, Avstriya) – “Styaua” (Rumıniya);

“Apollon” (Kipr) – “Bazel” (İsveçrə);

“Reyncers” (Şotlandiya) – “Ufa” (Rusiya);

“Atalanta” (İtaliya) – “Kopenhagen” (Danimarka);

“Zenit” (Rusiya) – “Molde” (Norveç);

“Trençin” (Slovakiya) – “AEK Larnaka” (Kipr);

“Genk” (Belçika) – “Bröndbü” (Danimarka);

“Olimpiakos” (Yunanıstan) – “Bernli” (İngiltərə);

“Zarya” (Ukrayna) – “Leypsiq” (Almaniya).

Qeyd edək ki, ilk oyunlar avqustun 23-də oynanılacaq. Cavab görüşləri isə avqustun 30-da keçiriləcək.