logo

FIFA futbol üzrə milli komandaların yeni reytinq cədvəlini açıqlayıb

14:51 16-08-2018 | icon 3143
FIFA futbol üzrə milli komandaların yeni reytinq cədvəlini açıqlayıb

FIFA futbol üzrə dünya çempionatından sonra ilk dəfə milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

YeniAvropa  FIFA-nın saytına istinadla xəbər verir ki, avqust ayı üçün açıqlanan siyahıda Azərbaycan millisi ötən ayla müqayisədə öz mövqeyini qoruyub. Hazırda milli komandamız 886 xalla 105-ci pillədə qərarlaşıb.

Yeni reytinq siyahısında Azərbaycan milli komandasının UEFA Millətlər Liqasındakı rəqiblərinin də mövqeyi dəyişməyib. Farer Adaları millisi 1268 xalla 90-cı, Kosovo 1080 xalla 141-ci, Malta isə 928 xalla 184-cü yerdədir.

Siyahıya 1726 xalla sonuncu dünya çempionu Fransa millisi başçılıq edir. Belçika yığması 1723 xalla ikinci, 1657 xalı olan Braziliya isə üçüncüdür. İlk onluqda qərarlaşan digər komandalar Xorvatiya (1643 xal), Uruqvay (1627), İngiltərə (1625), Portuqaliya (1599), İsveçrə (1697), İspaniya və Danimarka 1580 xalla doqquzuncu və onuncu yerləri bölüşürlər), Polşadır (1118).

Türkiyə millisi 1455 xalla 38-ci pillədə yer alıb. Reytinq siyahısında ən çox irəliləyən komanda isə Rusiya yığmasıdır. Siyahıda 71-ci pillədən 49-ci sıraya yüksələn rusiyalıların aktivində 1410 xal var.

Qeyd edək ki, əvvəlki reytinq siyahısına başçılıq edən Almaniya millisi (1561 xal) 15-ci pilləyə geriləyib.