logo

Türkiyədə 5,6 bal gücündə zəlzələ olub

13:53 27-02-2023 | icon 1666
Türkiyədə 5,6 bal gücündə zəlzələ olub

Türkiyənin Malatya vilayətinin Yeşilyurt rayonunda 5,6 bal gücündə zəlzələ olub.

YeniAvropa  "Anadolu" agentliyinə istinadla xəbər verir ki, yeraltı təkanlar Türkiyə vaxtı ilə saat 12:04-də (Bakı vaxtı ilə 13:04) qeydə alınıb. Zəlzələ ocağı yer səthindən 6,96 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar ətraf vilayətlərdə də hiss olunub.

Fevralın 6-da baş vermiş Kahramanmaraş zəlzələsindən sonra regionda yeraltı təkanlar səngimək bilmir. AFAD-ın məlumatına görə, indiyədək 10 minə yaxın afterşok meydana gəlib.