logo

Azərbaycanda daha 15 nəfər koronavirusa yoluxub

15:15 11-02-2023 | icon 1358
Azərbaycanda daha 15 nəfər koronavirusa yoluxub

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 15 yoluxma faktı qeydə alınıb, 21 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,indiyədək ölkədə ümumilikdə 828 min 210 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 min 965 nəfər müalicə olunaraq sağalıb, 10 min 98 nəfər vəfat edib. Aktiv xəstə sayı 147 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1147, bu günə qədər isə ümumilikdə 7 milyon 504 min 181 test icra olunub.