Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun növbəti görüşü Qəbələ şəhər stadionunda eyniadlı komanda ilə "Səbail" arasında keçirilib.
YeniAvropa xəbər verir ki, oyun meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Hesabı 21-ci dəqiqədə Asif Məmmədov açıb. Daha 2 qol fasilədən sonra vurulub. 63-cü dəqiqədə kapitan Ürfan Abbasov, 81-ci dəqiqədə isə yeni transfer Ceyms Adeniyi fərqlənib.
Bununla da "Qəbələ" Premyer Liqada ilk böyük hesablı qələbənin müəllifi olub.