logo

Cüdoçularımız Paris “Böyük dəbilqə”sini 3 medalla başa vurub

11:11 06-02-2023 | icon 1519
Cüdoçularımız Paris “Böyük dəbilqə”sini 3 medalla başa vurub

Parisdə keçirilən “Böyük dəbilqə” turnirində Azərbaycan cüdoçuları 1 qızıl, 1 gümüş və 1 bürünc medal əldə ediblər.

YeniAvropa xəbər verir ki, yarışın birinci günündə Balabəy Ağayev (60 kq) final görüşündə Fransa təmsilçisi Sedrik Revolı məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Turnirin ikinci günündə Murad Fətiyev (90 kq) final görüşündə niderlandlı cüdoçu Noel Van T End ilə qarşılaşıb. Məğlub olan təmsilçimiz gümüş medalla kifayətlənib.

Zelim Kotsoyev (100 kq) isə belçikalı cüdoçu Toma Nikiforova qalib gələrək bürünc medala sahib olub.

Azərbaycan medal əyarına görə ümumi hesabda və kişilər arasında dördüncü yeri tutub.