Avqustun 11-də Topaz Premyer Liqasının 2018-2019-cu il mövsümünün birinci turuna start veriləcək.
YeniAvropa xəbər verir ki, iki gün ərzində keçiriləcək birinci turun açılış matçında “Sumqayıt” və “Neftçi” komandaları üz-üzə gələcəklər. Görüş Bakı vaxtı ilə 20:00-da başlayacaq. “Dalğa Arena”da baş tutacaq qarşılaşmanı Rauf Cabbarov idarə edəcək. Ona Nahid Əliyev və İsgəndər Əliyev kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Ramil Diniyev yerinə yetirəcək.
Avqustun 12-də “Qəbələ” ilə “Səbail”, “Keşlə” və “Sabah” komandaları qarşılaşacaqlar.
“Qarabağ”-“Zirə” qarşılaşması ağdamlıların avrokuboklarda iştirakı ilə əlaqədar sentyabrın 29-da oynanılacaq.