logo

Azərbaycanda daha 19 nəfər koronavirusa yoluxub

19:29 02-01-2023 | icon 2233
Azərbaycanda daha 19 nəfər koronavirusa yoluxub

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 19 yoluxma faktı qeydə alınıb. On beş nəfər müalicə olunaraq evə buraxılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,indiyədək ölkədə ümumilikdə 826 min 446 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 815 min 961 nəfər müalicə olunaraq sağalıb, 10 min 8 nəfər vəfat edib. Aktiv xəstə sayı 477 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 598, bu günə qədər isə ümumilikdə 7 milyon 432 min 722 test icra olunub.