logo

Bu gün Azərbaycanda 427 doza vaksin vurulub

17:57 29-12-2022 | icon 3024
Bu gün Azərbaycanda 427 doza vaksin vurulub

Dekabrın 29-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 427 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 211, ikinci doza vaksinlərin sayı 55, üç və daha çox doza vaksinlərin sayı 140, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 21-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 931 min 112, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 395 min 874, ikinci mərhələ üzrə 4 milyon 875 min 557, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 395 min 85, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 264 min 596-dır.