logo

Azərbaycandan Gürcüstana ikeçmək istəyən  2 pakistanlı saxlanılıb

11:33 28-12-2022 | icon 1022
Azərbaycandan Gürcüstana ikeçmək istəyən  2 pakistanlı saxlanılıb

Dekabrın 27-də saat 10:45-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Qazax rayonunun İkinci Şıxlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Gürcüstan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən iki Pakistan İslam Respublikası vətəndaşı saxlanılıb.

DSX-nin mətbuat mərkəzindən YeniAvropa-ya bildirilib ki,araşdırma zamanı saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Gürcüstan Respublikasına, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyənləşdirilib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.