logo

Azərbaycanda daha 95 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb

16:32 27-12-2022 | icon 2772
Azərbaycanda daha 95 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 95 yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 826 min 75 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 815 min 510 nəfər müalicə olunaraq sağalıb, 10 min 8 nəfər vəfat edib. Aktiv xəstə sayı 557 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 438, bu günə qədər isə ümumilikdə 7 milyon 423 min 605 test icra olunub.