logo

Azərbaycanda bu gün 419 doza vaksin vurulub

17:43 24-12-2022 | icon 3521
Azərbaycanda bu gün 419 doza vaksin vurulub

Dekabrın 24-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 419 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 140, ikinci doza vaksinlərin sayı 100, üç və daha çox doza vaksinlərin sayı 154, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 25-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 929 min 665, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 395 min 229, ikinci mərhələ üzrə 4 milyon 875 min 347, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 394 min 570, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 264 min 519-dur.