logo

Azərbaycanda daha 72 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb

16:56 24-12-2022 | icon 3108
Azərbaycanda daha 72 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 72 yoluxma faktı qeydə alınıb, 104 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 825 min 893 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 815 min 323 nəfər müalicə olunaraq sağalıb, 10 min 6 nəfər vəfat edib. Aktiv xəstə sayı 564 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1957, bu günə qədər isə ümumilikdə 7 milyon 418 min 494 test icra olunub.