logo

Bu gün 513 doza vaksin vurulub

17:17 22-12-2022 | icon 2919
Bu gün 513 doza vaksin vurulub

Dekabrın 22-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 513 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 201, ikinci doza vaksinlərin sayı 109, üç və daha çox doza vaksinlərin sayı 181, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 22-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 928 min 983, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 395 min, ikinci mərhələ üzrə 4 milyon 875 min 208, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 394 min 308, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 264 min 467-dir.