logo

Azərbaycanda daha 115 nəfər koronavirusa yoluxub

17:13 15-12-2022 | icon 3472
Azərbaycanda daha 115 nəfər koronavirusa yoluxub

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 115 yoluxma faktı qeydə alınıb, 48 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 825 min 150 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 min 695 nəfər müalicə olunaraq sağalıb, 9 min 989 nəfər vəfat edib. Aktiv xəstə sayı 466 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 834, bu günə qədər isə ümumilikdə 7 milyon 401 min 826 test icra olunub.