logo

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi bəlli olub

13:44 06-08-2018 | icon 2961
“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi bəlli olub

Avqustun 6-da İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb.

YeniAvropa xəbər verir  ki,  bu mərhələdə Ağdam təmsilçisinin potensial rəqibi məlum olub. “Qarabağ” üçüncü təsnifat mərhələsində BATE (Belarus) səddini keçərsə, növbəti mərhələdə Hollandiyanın “PSV Eindhoven” klubu ilə qarşılaşacaq.

Ağdam təmsilçisi BATE-yə məğlub olacağı təqdirdə mübarizəni UEFA Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək.

Xatırladaq ki, “Qarabağ” - BATE oyunu avqustun 7-də saat 21:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda başlayacaq.

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunları avqustun 21-də və 22-də, cavab görüşləri isə bir həftə sonra keçiriləcək.