Səfərdə baş tutan ilk matçda qolsuz heç-heçə edən "Qarabağ", Bakıda rəqibini üstələyib - 3:0. Azərbaycan çempionunun qollarını 24 və 57-ci dəqiqələrdə penaltidə Dani Kintana, 89-cu dəqiqədə isə Con Delarj vurub.
Qarşılaşmanın 52-ci dəqiqəsində əllə oyuna görə penaltiyə səbəb olan "Kukesi"nin futbolçusu Alba Ala meydandan qovulub. Lakin İnnosent Emeqara 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib.
Qeyd edək ki, "Qarabağ" III təsnifat mərhələsində Belarus təmsilçisi BATE ilə qarşılaşacaq. İlk oyun 7-8 avqustda, cavab görüşü isə 14 avqustda keçiriləcək.