logo

Azərbaycanda daha 7 nəfər koronavirusa yoluxub

16:56 09-11-2022 | icon 2737
Azərbaycanda daha 7 nəfər koronavirusa yoluxub

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 7 yoluxma faktı qeydə alınıb, 51 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,indiyədək ölkədə ümumilikdə 823 min 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 min 405 nəfər müalicə olunaraq sağalıb, 9957 nəfər vəfat edib. Aktiv xəstə sayı 222 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1740, bu günə qədər isə ümumilikdə 7 milyon 337 min 855 test icra olunub.