logo

Putin "G20" sammitində iştirak etməyəcək-İndoneziya prezidenti

15:55 07-11-2022 | icon 2184
Putin "G20" sammitində iştirak etməyəcək-İndoneziya prezidenti

“Rusiya prezidenti Vladimir Putinin gələn həftə Balidə keçiriləcək "Böyük İyirmiliyin"(G20) sammitində iştirak etməyəcəyinə, demək olar, əminəm”.

YeniAvropa  “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu İndoneziya prezidenti Coko Vidovo deyib.

O bildirib ki, Putinin İndoneziyaya gəlməyəcəyini düşünür.

Xatırladaq ki, daha əvvəl Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın "G20" sammitində iştirak edəcəyini bildirsə də, formatın hələ müəyyən edilmədiyini söyləmişdi.

Ukrayna prezidentinin mətbuat katibi Oleq Nikiforov isə bəyan etmişdi ki, dövlət başçısı Volodimir Zelenskinin sammitdə iştirakı ilə bağlı hələ qərar verilməyib. Məlumata görə, Putin Baliyə gedərsə, Zelenski iclasda iştirak etməyəcək.

Qeyd edək ki, indiyədək 17 ölkənin başçısı "Böyük İyirmilik" (G20) ölkələrinin liderlərinin noyabrın 15-16-da Bali adasında keçiriləcək sammitinə qatılacağını təsdiqləyib.